image-n1karobka_ads
image-123
image-68db5e6dae5ac95f3057e2e2backend

ABŞ müdafiə strategiyası ətrafında Pentaqonda fikir ayrılığı

image-ad_qayo_720x110px

ABŞ-ın yeni müdafiə strategiyası ilə bağlı Pentaqon rəhbərliyi arasında fikir ayrılıqları yaranıb.

Doğru.az xəbər verir ki, The Washington Post qəzetinin məlumatına görə, strategiyanı hazırlayan işçilər prezidentin xarici siyasətə şəxsi və bəzən mübahisəli yanaşmasını nəzərə alaraq, sənədi uzaqgörən, eyni zamanda potensial olaraq əhəmiyyətsiz hesab edirlər.

Məqalədə qeyd olunur ki, ABŞ ordusunun yeni strategiyasında daxili təhdidlərə həddən artıq diqqət yetirilir. Bu zaman isə Çinin sürətlə artan hərbi gücü nəzərə alınır.

Bundan başqa, mənbələr bildirirlər ki, müdafiə naziri Pit Heqsetin silahlı qüvvələrin yenidən təşkili və kütləvi ixtisar planları hərbi rəhbərlikdə narahatlıq doğurub.

CNN isə yazıb ki, yaxın günlərdə ABŞ-ın yüksək rütbəli hərbi liderləri silahlı qüvvələr üçün yeni standartları müzakirə edəcəklər. ABŞ Prezidenti Donald Trampın isə sentyabrın 30-da Virciniyada yüzlərlə yüksək rütbəli hərbi rəsmilərlə görüşü planlaşdırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki