image-n1karobka_ads
image-123
image-depositphotos_50454475_xl-2015-pic_32ratio_900x600-900x600-59415backend

ABŞ Niger Xarici İşlər Nazirliyindən diplomatların geri çağırılması ilə bağlı sorğu almadığını bildirib

TASS xəbər verir ki, ABŞ Dövlət Departamenti Niger Xarici İşlər Nazirliyinin ABŞ hökumətinə diplomatik işçilərinin Afrika ölkəsindən çıxarılması ilə bağlı sorğu göndərmədiyini bildirib.

“Niger Xarici İşlər Nazirliyi ABŞ-ı məlumatlandırıb ki, ABŞ diplomatik işçilərinin [ölkəni] tərk etməsini tələb edən və şəkilləri internetdə yayılan məktubun Xarici İşlər Nazirliyi tərəfindən verilməyib. ABŞ hökumətinə belə bir tələb olunmayıb”, – Dövlət Departamentinin sözçüsü bildirib.

Məlumata görə, Nigerdəki üsyançılar ABŞ-ın bu ölkədəki səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb ediblər.

Bundan əvvəl Nigerdəki üsyançılar Fransa səfirindən iki gün ərzində ölkəni tərk etməyi tələb ediblər.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki