ABŞ Nümayəndələr Palatasının Texas ştatından olan respublikaçı üzvü Troy Nehls keçmiş prezident Donald Trampın ABŞ Nümayəndələr Palatasının növbəti spikeri vəzifəsinə namizədliyini irəli sürmək üçün sənədləri təqdim edəcəyini bildirib.
Bu barədə The Hill yazır.
“Bu həftə ABŞ Nümayəndələr Palatası yenidən toplaşanda mənim ilk işim Donald Trampın ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürmək olacaq”, – parlamentar deyib.
Nehls qeyd edib ki, Tramp həyatının ən böyük prezidenti olub və “Amerikanı birinci yerə qoymaqla o, Nümayəndələr Palatasını yenidən möhtəşəm edəcək”.
Mənbə: A Haber