image-n1karobka_ads
image-123
image-2022-04-13t205405z_945235845_rc2fmt93hia8_rtrmadp_3_ukraine-crisis-sweden-finland-pic_32ratio_900x600-900x600-66217backend

ABŞ senatoru İsveçi NATO-ya qəbul etməkdən imtina etdiyinə görə Macarıstanı cəzalandırmaq qərarına gəlib

image-ad_qayo_720x110px

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Jim Risch, İsveçin NATO üzvlüyünü təsdiqləməkdən imtina etdiyinə görə “cəza olaraq” ABŞ silahlarının Macarıstana satışını əngəlləyib.

Bu barədə Washington Post yazır.

Senator bildirib ki, Macarıstan İsveçin 24 ədəd HIMARS reaktiv yaylım atəşi sistemlərinin akkumulyatorunun daxil olduğu 735 milyon dollarlıq silah paketi almaq istəsə, onu NATO-ya qəbul etməlidir. Onun fikrincə, bu qərar Budapeşti NATO-nun Litvada keçiriləcək böyük sammiti ərəfəsində alyansın genişlənməsinə yaşıl işıq yandırmağa məcbur edəcək.

Budapeştə yeni silahların satışını dayandırmaq qərarı, dünyanın istənilən nöqtəsində ölkələrə silah satışına nadir hallarda mane olan Riş kimi NATO tərəfdarlarının Macarıstana artan nifrətini nümayiş etdirir.

ABŞ-da bütün əsas silah satışı Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələrinin sədri və yüksək səviyyəli üzvlərindən icazə tələb edir. Rişin etirazı Dövlət Departamentinin Macarıstana silah satışı ilə bağlı qərar qəbul etməsinə mane olacaq.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki