ABŞ-ın Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi məxfi sənədləri düzgün saxlamamaqda ittiham olunan keçmiş ABŞ prezidenti Donald Trampın işində sübut kimi istifadə olunan materialların yayılmasını qadağan edib.
Bu barədə RİA Novosti məhkəmənin qərarına istinadən xəbər verir.
Qərarda deyilir: “Sübutlar, ondan irəli gələn hər hansı məlumatla birlikdə ictimaiyyətə və ya xəbər mediasına açıqlanmamalı, ABŞ-ın əvvəlcədən xəbərdarlığı və razılığı və razılığı olmadan hər hansı xəbər və ya sosial media platformasında yayılmamalıdır”.
Qeyd edildiyi kimi, bu yolla məhkəmə prokurorluğun verdiyi vəsatəti təmin edib. Məhkəmənin qərarına əsasən, söhbət ittiham tərəfinin məhkəmə baxışına hazırlıq zamanı müdafiə tərəfinə təqdim etdiyi bütün məxfi sübutlardan gedir.
Mənbə: RİA Novosti