image-2000x150px
image-123
image-ads_atlas
image-20171011_gaf_u55_019-pic905-895x505-59956backend

ABŞ və Aİ Türkiyənin Qərblə tarixi müttəfiqliyini bərpa etməsini istəyir

image-728x90px

Vaşinqton və Brüsseldə Ukraynaya dəstək verən koalisiyanı gücləndirməyə can atan liderlər Türkiyənin Qərblə tarixi müttəfiqliyini yenidən bərpa etməsini istəyirlər.

Bu barədə Bloomberg yazır.

Nəşr qeyd edir ki, 69 yaşlı Rəcəb Tayyib Ərdoğanla 74 yaşlı Kamal Kılıçdaroğlu arasındakı rəqabətdən çox şey asılıdır. Məqalədə deyilir: “Bütün dünya üçün ən vacib suallar türk diplomatiyasının və onun iqtisadi siyasətinin necə olacağıdır”.

Bloomberg, “Ərdoğan tədricən dünyada daha iddialı və müstəqil rol aldı, çox vaxt ABŞ və Avropa İttifaqı ilə ziddiyyət təşkil etdi və bu, Türkiyənin üzvlük iddiasını faktiki olaraq dondurdu”. Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdə yenidən seçilmək istəyir. O, 900 milyard dollarlıq iqtisadiyyatı idarə etmək üçün əsas vasitələrdən tutmuş Türkiyənin yeni Soyuq Müharibənin şahmat taxtasındakı mövqeyinə qədər demək olar ki, hər şeyi dəyişdi.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki