Doğru.az xəbər verir ki, “The Wall Street Journal” nəşri ABŞ nümayəndə heyətinin keçmiş üzvü Alan Eyre-ə istinadən yazır: ABŞ və İsrailin İrana qarşı hərbi zərbələri əks təsir göstərə və Tehranın nüvə silahı yaratmaq səylərini sürətləndirə bilər.
Alan Eyre qeyd edib: “Paradoksal olaraq, biz onların nüvə silahı əldə etmək əzmini indi gücləndirə bilərik.”
Məqalədə vurğulanır ki, İran rəhbərliyində bəzi şəxslər nüvə silahını ABŞ və İsrailin potensial hücumlarının qarşısını ala biləcək yeganə vasitə hesab edir.
Ekspertlərin fikrincə, Tehran uranı zənginləşdirməyə davam etmək üçün texniki və istehsal imkanlarına malikdir. Lakin bu prosesin başa çatması zaman tələb edir.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da məsələ ilə bağlı çıxış edərək bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində nüvə silahının yayılmaması rejiminə zərbə dəyib.
DOĞRU.AZ