ABŞ prezidenti Co Bayden Xirosimada keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Pekin Tayvanın statusunu birtərəfli şəkildə dəyişməyə çalışarsa, ABŞ müttəfiqləri ilə birlikdə Çinə cavab verəcək.
Bu barədə TASS məlumat yayıb.
“Biz Tayvanın müdafiəsinə kömək etməyə davam edəcəyik. Müttəfiqlərimizin əksəriyyəti arasında aydın bir anlayış var ki, Çin birtərəfli addım atsa, cavab veriləcək”, – Bayden deyib.
Mənbə: TASS