ABŞ-ın vitse-prezidenti J.D. Vens NBC telekanalına müsahibəsində bildirib ki, Rusiya ilə ticarət əlaqələri səbəbindən Çinə əlavə idxal rüsumları tətbiq olunmayacaq. Onun sözlərinə görə, mövcud tariflər artıq kifayət qədər yüksəkdir.
Doğru.az xəbər verir ki, siyasətçi hazırda Çindən ABŞ-a idxal olunan mallara tətbiq edilən rüsumların 54% səviyyəsində olduğunu açıqlayıb:
“Hazırda Çindən gələn mallara 54% rüsum tətbiq edirik. Biz artıq Çinə qarşı kifayət qədər ciddi sanksiyalar tətbiq etmişik”, – Vens deyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio Çinə qarşı sanksiyaların dünya bazarında enerji daşıyıcılarının qiymətini artıra biləcəyi barədə xəbərdarlıq etmişdi.
DOĞRU.AZ