ABŞ-Yaponiya ittifaqı ABŞ-ın keçmiş prezidenti Donald Trampın ticarət siyasətinə görə ciddi gərginliklə üz-üzə qalıb.
Doğru.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. Yazıda qeyd olunur ki, Yaponiyada ABŞ-ın davranışlarına qarşı inamsızlıq artır, xüsusilə də yerli məhsulların ABŞ-ın tətbiq etdiyi yeni tariflərdən azad ediləcəyi gözləntisi arxa plana keçir.
Məqalədə bildirilir: “Bəziləri bu vəziyyəti İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamını dəstəkləyən ikitərəfli münasibətlərdə son 25 ilin ən ciddi böhranı kimi qiymətləndirir”.
Qeyd edək ki, iki ölkə arasında münasibətlərdə buna bənzər böhran sonuncu dəfə 1990-cı illərin sonunda – soyuq müharibə bitdikdən sonra yaşanıb. Həmin dövrdə də ticarət sahəsində ciddi fikir ayrılıqları baş vermiş, Yaponiyanın ABŞ-la münasibətlərdəki rolu müzakirə mövzusuna çevrilmişdi.