image-ads_n1karobka_mobile
image-69f55b22ae5ac96025742488backend

Tramp: ABŞ Kuba sahillərinə təyyarədaşıyan gəmi göndərə bilər

ABŞ Prezidenti Donald Trump Kubaya qarşı növbəti sərt açıqlama verib.

Doğru.az xəbər verir ki, Tramp Vaşinqtonun ada dövləti Kuba sahillərinə “Abraham Lincoln” təyyarədaşıyan gəmisini göndərə biləcəyini bildirib. Onun sözlərinə görə, gəmi sahildən təxminən 91 metr məsafədə dayanacaq və bu addım yerli hakimiyyəti təslim olmağa məcbur edə bilər.

Siyasətçi Florida ştatında çıxışı zamanı iddia edib ki, gəmi sahilə yaxınlaşdıqda “onlar təşəkkür edib təslim olacaqlar”.

Tramp daha əvvəl – 19 apreldə Kubada tezliklə “yeni bir şəfəqin” başlayacağını da bəyan etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki