ABŞ Hindistanda keçirilən sammitin yekun bəyannaməsində G20 ölkələrinin Ukrayna ilə bağlı mövqelərini yumşaltdığına inanmır.
Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsində deyib.
“ABŞ bu dili G20-nin Ukrayna ilə bağlı mövqeyini heç bir şəkildə zəiflətmək kimi görmür. Aydındır ki, ABŞ və digər ölkələri qane edəcək dil tapmaq çətin olub.” deyə o bildirib.
ABŞ Xəzinədarlığı rəhbərinin sözlərinə görə, G20 ölkələrinin birgə bəyanatı Ukraynadakı münaqişə ilə bağlı “əsasən çox güclü” olub.
Mənbə: Haber Global