Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücumuna görə ümidsiz vəziyyətdə qalıb.
Newsweek yazır ki, onun bu addımı ölkə rəhbərliyində çəkişmələrə səbəb ola bilər.
“Newsweek” mənbələrə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının ciddi nəticələrinin olmaması Ukraynanın ali siyasi rəhbərliyində müzakirələri intensivləşdirib. Mətndə deyilir ki, bir sıra məmurlar “məhdud uğurları” möhkəmləndirmək və RF Silahlı Qüvvələrinin gözlənilən hücumuna hazırlaşmağın tərəfdarıdır, digərləri, o cümlədən Valeri Zalujnı aktiv döyüş əməliyyatlarının davam etdirilməsində israrlıdır.
Newsweek-ə danışan Ukrayna hökumətinə yaxın mənbə deyib: “Hərbi strategiya ilə bağlı Ukrayna rəhbərliyi arasında müəyyən fikir ayrılıqları var.
Mənbə: Haber Global