image-2000x150px
image-123
image-ads_atlas
image-20221003_gaf_u39_002-pic_32ratio_900x600-900x600-5892backend

AfD partiyası Almaniyada populyarlıq rekordunu yeniləyib

image-728x90px

INSA-nın son sorğusuna görə, sağçı Almaniya üçün Alternativ (AfD) partiyası Almaniyada yeni populyarlıq rekorduna imza atıb.

Seçicilər arasında keçirilən sorğunun nəticələrinə görə, əgər gələn bazar günü federal seçkilər keçirilsəydi, ən böyük dəstəyi Xristian Demokrat və Xristian Sosial İttifaqı (CDU/CSU) qazanacaq və respondentlərin 27%-i səs verəcək. Bu barədə Wahlrecht seçki informasiya xidmətinin portalında deyilir.

“Almaniya üçün alternativ” öz rekordunu yeniləyərək populyarlıq baxımından ikinci yeri tutdu. Respondentlərin 22,5%-i bu partiyanı dəstəklədiyini bildirib. Koalisiyaya daxil olan Sosial Demokrat Partiyası (SPD) 17%, Yaşıllar 13,5%, Azad Demokrat Partiyası (FDP) isə 6% səs toplayıb. Sol partiya seçicilərin 5%-nin dəstəyini qazanıb.

Sorğu bu il oktyabrın 6-dan oktyabrın 9-dək 2001 respondentin iştirakı ilə keçirilib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki