TASS xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ Rusiya və Çin donanmalarının Alyaska sahillərində birgə patrul keçirməsini təhlükəsizlik riski hesab etmir.
Onun sözlərinə görə, ABŞ ordusu Rusiya və Çin gəmilərinin Sakit okeanın şimalında hərəkətini fəal şəkildə izləyir.
O qeyd edib ki, bu təlimlər hələ də beynəlxalq sularda keçirilir. “Onlar təhlükə hesab edilmirdi. Bu, ABŞ Müdafiə Nazirliyinin qiymətləndirməsidir”, – Jan-Pier vurğulayıb.
Mənbə: TASS