Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Kuba və Çinin ABŞ-a casusluq etmək üçün adada xüsusi baza yaratmaq üçün gizli razılaşma imzaladığına dair xəbərlərin reallıqla heç bir əlaqəsi olmadığını bildirib.
Onun sözlərini Bloomberg agentliyi yayıb.
“Mən bu mesajı mətbuatda gördüm. Bu doğru deyil”, – Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyası Çinin Qərbdə öz təsirini artırmaq cəhdlərini diqqətlə izləyir və təhlükənin qarşısını almaq üçün bütün mümkün addımları atmağa hazırlaşır.