image-n1karobka_ads
image-123
image-681b83f802e8bd2ab9173c85backend

Ağ Ev: Tramp 8 Mayı İkinci Dünya Müharibəsində Qələbə Günü elan edib

ABŞ prezidenti Donald Tramp 8 Mayın ABŞ-da İkinci Dünya Müharibəsində Qələbə Günü elan edilməsi haqqında fərman imzalayıb.

Ağ Evin bəyanatında deyilir: “Mən, Donald J. Tramp… Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə mənə verilmiş səlahiyyətə əsasən, bununla 8 may 2025-ci il tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü elan edirəm”.

Tramp müraciətində qeyd edib ki, ABŞ bu müharibədə həlak olanların hamısının xatirəsini ehtiramla yad edir. Sənəddə o, həmçinin Birləşmiş Ştatların Amerikanın və dünyanın təhlükəsizliyini, rifahını və azadlığını qorumağa sadiqliyini təsdiqləyib.

Bundan əvvəl Tramp ölkədə 8 may tarixini İkinci Dünya Müharibəsində Qələbə Günü elan etmək niyyətində olduğunu bildirmişdi.

O, həmçinin bildirib ki, bu müharibədə qələbə “yalnız Birləşmiş Ştatların sayəsində” əldə edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki