image-ads_n1karobka_mobile
image-mina_-4backend

Ağdamda mina partlayıb, xəsarət alan var

Yanvarın 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Faiq Səyyad oğlu Abışov ayağından xəsarət alıb. Faiq Abışov polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki