image-ads_n1karobka_mobile
image-17651798051177739084_1200x630backend

AHİİTA və “Neftçi” İdman Klubu arasında Əməkdaşlıq Memorandumu imzalanıb – FOTO

image-add-a-heading

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı olan AHİİTA və “Neftçi” İdman Klubu arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandum imzalanıb.

Doğru.az xəbər verir ki, memorandum idmanın kütləviləşdirilməsi, sağlam həyat tərzinin təşviqi, peşəkar kadrların və idmançıların potensialının artırılması, təcrübə mübadiləsi, təlim və seminarların keçirilməsi, sosial təşəbbüslərin dəstəklənməsi və digər birgə layihələrin icrasını nəzərdə tutur.

Tədbirdə qarşılıqlı əməkdaşlıq, birgə idman tədbirlərinin təşkili, sosial proqramların icrası və aidiyyəti qurğulardan qarşılıqlı istifadə məsələləri müzakirə olunub.

Sonda memorandum “Neftçi” İdman Klubu İdarə Heyəti sədrinin müavini Fərəc Əliyev və AHİİTA direktor müavini Emin İsmayılov tərəfindən imzalanıb.

DOĞRU.AZ

image-1765179805274364998_1200x630 image-1765179805253164729_1200x630 image-17651798052497741283_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki