Baş nazir Albin Kurtinin Brüsselin dəfələrlə çağırdığı Serbiya anklavlarında deeskalasiyanı təmin edə bilmədiyi üçün Avropa İttifaqı Kosovoya maliyyə ayrılmasını dayandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib.
Bundan əlavə, Aİ-nin yüksək səviyyəli siyasətçiləri Kosovoya səfərlərini dayandırırlar. Tədbirlər dərhal qüvvəyə minir, lakin onlar sanksiya deyil, Stano bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Kosovonun baş naziri Kurti Aİ-yə Serbiya ilə münasibətlərdə gərginliyin aradan qaldırılması planını təklif edib.

























