Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) qüvvəyə minməsindən sonra 2015-ci ildə dayandırılmış sanksiyaları qismən bərpa edib.
Doğru.az xəbər verir ki, Aİ Şurasının press-relizində bildirilir: “Bu gün Aİ Şurası İranın nüvə fəaliyyəti ilə bağlı bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpasına razılıq verib.”
Məhdudiyyətlərə fiziki şəxslərin səyahət qadağaları, aktivlərin dondurulması, təyin edilmiş şəxslərə vəsait və ya iqtisadi resursların verilməsinə qadağalar, həmçinin ticarət, maliyyə və nəqliyyat sektorlarında iqtisadi və maliyyə sanksiyaları daxildir.
Doğru.az xəbər verir ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Aİ-nin Tehrana qarşı sanksiyaları bərpa etmək addımlarını nəzərə alaraq İranı nüvə sazişi üzrə birbaşa danışıqlara getməyə çağırıb.
Sentyabrın 20-də BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların ləğvini davam etdirən qətnamə layihəsini rədd edib.
DOĞRU.AZ