Avropa İttifaqı ölkələri ABŞ-ın NATO-dan çıxacağı ehtimalını nəzərə alaraq qitənin müdafiəsi üçün ehtiyat plan hazırlayır.
Doğru.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, planın məqsədi ABŞ blokdan çıxacağı təqdirdə Avropanın özünü müdafiə qabiliyyətini təmin etməkdir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trump NATO-nun İranla bağlı vəziyyətdə Vaşinqtonu dəstəkləmədiyini və gələcəkdə də dəstək verməyəcəyini bildirmişdi.
Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO ilə ABŞ arasındakı münasibətləri travmatik və sağlam olmayan adlandırıb.
DOĞRU.AZ

























