image-n1karobka_ads
image-123
image-682ad85bae5ac95bdf614470backend

Aİ sosial şəbəkələrə giriş üçün minimum yaş həddi təklif edir

Üç Aİ ölkəsi Avropa Komissiyasını sosial media istifadəçiləri üçün minimum yaş müəyyən etməyə çağırıb.

Bu barədə Euractiv yazır.

Məqalədə deyilir: “İspaniya, Yunanıstan və Fransa Avropa Komissiyasına ən qısa zamanda ümumavropa yaş yoxlama sistemini tətbiq etmək və sosial mediaya giriş üçün minimum yaş müəyyən etmək üçün təzyiq göstərirlər”.

Fransa və Yunanıstan 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə ciddi qadağa qoyulmasına çağırır. Bununla belə, İspaniya ekspertlərin və ictimaiyyətin fikirlərini nəzərə alaraq minimum yaş məsələsini əlavə müzakirə üçün açıq saxlamağı təklif edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki