image-2000x150px
image-123
image-ads_atlas
image-17143910831571247304_1200x630backend

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans keçirilib – FOTO

image-728x90px

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Oftalmologiyanın müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbir Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil edilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, konfransda çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirilib ki, Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox fundamental tədqiqatların müəllifidir. Akademikin “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə, onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Zərifə Əliyeva yüksəkixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib.

Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları öz məruzələri ilə çıxış ediblər. Həmçinin Rusiyadan, Türkiyədən gələn həkim heyətinin məruzələri dinlənilib.

Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve EDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии: механизмы действия и клинические результаты”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”, “Использование склеральных линз в сложных случаях аметропии: проблемы, решения, перспективы”, “Viral uveitin müasir risk faktorları” və sair mövzularda məruzələr edilib, müzakirələr aparılıb.

DOĞRU.AZ

image-17143910836130342830_1200x630 image-17143910835775744868_1200x630 image-1714391083897927024_1200x630 image-17143910832255111253_1200x630 image-17143910832961035049_1200x630 image-17143910831777456975_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki