image-2000x150px
image-interpress_b85589ac95ed2e304fc025680374dfdb_o5hulnag2ev0syp6xkz8-640x336backend

AKP-nin sədr müavini Bakıdan İrəvana çağırış etdi

image-728x90px

Ermənistan problemleri həll etmək üçün regiondan kənar dövlətlərdən dəstək almaq vərdişindən əl çəkməlidir.

Doğru.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, Ermənistan gərginlik yaratmaq siyasətindən əl çəkməlidir:

“Cənab prezidentimizin Qarabağ zəfərindən sonra təklif etdiyi kimi 6 ölkənin – Azərbaycan, Türkiyə, Rusiya, İran və Gürcüstanın birgə platforma yaradaraq problemləri öz aralarında həll etməsi ən doğru yoldur. Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli yolu da müharibədən sonra bərqərar edilən sülh şəraitinin davam edirilməsindən keçir. Problemlər müzakirə yolu ilə həll edilməlidir. Ermənistana tövsiyəmiz odur ki, xarici ölkələrə güvənərək, xaricdəki diasporunun gücünə arxalanaraq, gərginlik yaratmağa çalışması erməni xalqının da xeyrinə deyil. Bundan sonrakı mərhələdə Ermənistanın daha təmkinli davranmasının onların gələcəyi üçün daha yaxşı olacağını düşünürəm”.

DOĞRU.AZ

Ermənistan gərginlik yaratmaq siyasətindən əl çəkməlidir - Numan Kurtulmuş (FOTO) - Gallery Image Ermənistan gərginlik yaratmaq siyasətindən əl çəkməlidir - Numan Kurtulmuş (FOTO) - Gallery Image

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki