image-2000x150px
image-ilham-eliyevbackend

Aleksandr Lukaşenko İlham Əliyevə məktub göndərib

image-728x90px

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bu barədə President.az məlumat yayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Mən onun 25 il əvvəl söylədiyi sözləri xatırlayıram: “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır”. Əminəm ki, həyatının mənasını ölkəsinə xidmət etməkdə görən belə vətənpərvər şəxsiyyəti əbədi olaraq xatırlayacaqlar.

Mənə nadir insan, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin banisi hörmətli Heydər Əlirza oğlunu şəxsən tanımaq nəsib olub. Ondan siyasi müdrikliyi, təmkinliliyi, əsl strateji düşünmə qabiliyyətini məmnunluqla öyrənmişəm.

Minsk ilə Bakı arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasının əsasını qoyan Sizin atanızın xatirəsini Belarusda əziz tuturlar. Rəmzi haldır ki, Azərbaycanda “Heydər Əliyev İli” elan edilmiş 2023–cü ildə biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini də ləyaqətlə qeyd edirik.

Sizə – atanızın işinin sədaqətli davamçısına və Zati-alinizin yaxınlarına cansağlığı, səadət, əmin-amanlıq, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki