Avstraliyada alimlər qədim nəhəng hörümçəyin fosili tapıblar.
Elm adamları hörümçəyin vaxtilə yamyaşıl yağış meşələri olan ərazilərdə yaşadığına və ovlandığına inanırlar. Mütəxəssislər fosilə “Megamonodontium mccluskyi” adını verdilər və hörümçəyin təxminən 11-16 milyon yaşında olduğuna inanırlar.
Yeni Cənubi Uels Universitetindən paleontoloq Metyu MakKurri deyib: “Qətənin hər yerində indiyədək yalnız dörd hörümçək fosili tapılıb, bu da elm adamlarının onların təkamül tarixini başa düşməsini çətinləşdirir”.
Mənbə: A Haber