image-2000x150px
image-123
image-ads_atlas
image-iss068e043965-1536x1024-pic_32ratio_900x600-900x600-31681backend

Alimlər ilk dəfə kosmosda insan bədəninin 3D çap olunmuş hissəsini əldə ediblər

image-728x90px

Alimlər kosmosda 3D printer vasitəsilə insanın diz oynağının ilk menisküsünü – qığırdaq yastığı yaradıblar.

Amerikanın Redwire şirkətinin mətbuat xidməti xəbər verir ki, təcrübə Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində baş tutub.

Tədqiqatda Redwire tərəfindən hazırlanmış və 2022-ci ildə ISS-ə təhvil verilmiş 3D çap qurğusu olan BioFabrication Facility (BFF) istifadə edilib. Mütəxəssislər insan kök hüceyrələrindən və kollageni “mürəkkəb” kimi istifadə ediblər.

Təcrübədə astronavtlar Frank Rubio, Warren Hoburg, Stephen Bowen və Sultan Al Neyadi iştirak ediblər.

Şirkət bildirir ki, kosmosda bioloji toxumalar və digər çevik materiallar çəkisizlik səbəbindən öz formalarını daha yaxşı saxlayır. Bunun sayəsində kimyəvi maddələrdən və xüsusi çərçivələrdən istifadə etmədən istehsal etmək daha asandır.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki