London Kraliça Meri Universitetinin alimlərinin rəhbərlik etdiyi elmi qrup orucun yalnız üçüncü gündə daxili orqanların fəaliyyətini yaxşılaşdırdığını müəyyən edib.
Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Tədqiqatçılar alimlərin nəzarəti altında yeddi gün sudan başqa heç nə yeməyən 12 sağlam könüllünün iştirakı ilə təcrübə aparıblar. Alimlər orucun insan orqanizmindəki orqan və sistemlərin fəaliyyətinə molekulyar səviyyədə necə təsir etdiyini öyrənməyə çalışıblar.
Məlum oldu ki, yeməkdən tam imtina yalnız üçüncü gündə insan orqanizminə faydalı təsir göstərməyə başlayır. Bu, orqan və toxumaların zülal tərkibindəki dəyişikliklərin izlənilməsi nəticəsində aydın oldu. Xüsusilə, qidadan uzun müddət imtina etmək yalnız artıq çəkidən qurtulmağa imkan vermir, həm də maddələr mübadiləsinə və qaraciyər və mədəaltı vəzi də daxil olmaqla bir çox orqanların fəaliyyətinə müsbət təsir göstərir.
Mənbə: haberler.com