image-2000x150px
image-123
image-ads_atlas
image-aaa-pic_32ratio_900x600-900x600-85301backend

Alimlər müəyyən ediblər ki, avtomobil əyləclərindən çıxan toz onun işlənmiş qazından daha təhlükəli ola bilər

image-728x90px

 Kaliforniya Universitetinin amerikalı alimləri avtomobil əyləcinin vurulması zamanı yaranan mikrotozdan havanın çirklənməsini tədqiq ediblər. Onlar belə qənaətə gəliblər ki, bəzi hallarda yaranan aerozollar insan sağlamlığına daxiliyanma mühərrikli avtomobillərin işlənmiş qazından daha çox zərər verə bilər.

Tədqiqat Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.

“Əyləc aşınma hissəciklərinin toksikliyi və sağlamlığa təsirləri böyük ölçüdə məlum deyil. Laboratoriyamın son nəticələri göstərir ki, onlar oksidləşdirici stresə səbəb ola bilər”, – tədqiqatın müəlliflərindən biri, aerozol kimyası professoru Manabu Şiraiva bildirib.

Komanda müəyyən etdi ki, buraxılan yüklü hissəciklərin faizi əsasən əyləc yastığı materialının tərkibindən asılıdır. Hissəciklər elektrik yükü daşıdıqları üçün onları havadan çıxarmaq nisbətən asandır.

“Yüklənmiş hissəciklər sağlamlığa təsir etmədən əvvəl tutula bilər. Sizə lazım olan tək şey elektrostatik süzgəcdir. Belə bir cihaz hissəcikləri elektrik sahəsində saxlayır”, – deyə aparıcı müəllif Adam Tomas izah edib.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki