Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası “Aİ-nin səbri tükəndiyi” üçün Avropa İttifaqını ləğv etməyi təklif edib.
Doğru.az xəbər verir ki, bu barədə partiyanın seçki proqramının layihəsində deyilir.
Partiya “Aİ-nin nizamlı şəkildə dağılmasını” təklif edir. AfD-yə görə, Aİ “qeyri-demokratik bir quruluşa çevrilib” və “şəffaf, nəzarətsiz bürokratiya” tərəfindən idarə olunur.
Bunun əvəzinə Almaniya üçün Alternativ yeni Avropa İqtisadi Birliyinin yaradılmasını təklif edir.
Partiyanın fikrincə, “Avropa xalqlarının birgəyaşayışının yeni forması” haqqında qərar referendumda qəbul edilməlidir. Partiya həmçinin Aİ parlamentini də ləğv etmək istəyir. Lakin mövcud olduğu müddətdə partiya yeni Avropa Parlamentinə daxil olmaq və “milli suverenliyə əlavə məhdudiyyətlərə və Aİ qaydaları vasitəsilə vətəndaşlarımızın sərvət və aktivlərinin yenidən bölüşdürülməsinə” müqavimət göstərmək istəyir.
Proqram layihəsi iyulun sonunda partiyanın Maqdeburqda keçiriləcək qurultayında səsə qoyulacaq. Avropada seçkilər 2024-cü ilin iyununda keçiriləcək.
Mənbə: TASS

























