Almaniyanın yeni hökuməti əvvəlki hökumətin 2015-ci ildə sığınacaq axtaranların ölkəyə daxil olmasına icazə verən fərmanını ləğv etmək qərarına gəlib. Onlar sərhədlərdə yerləşdiriləcək.
TASS-ın DPA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Aleksandr Dobrindt bildirib.
Eyni zamanda, Almaniya Daxili İşlər Nazirliyinin yeni rəhbəri sərhədlərdə yoxlama aparan federal polis əməkdaşlarının sayının artdığını açıqlayıb.
Aprelin ortalarında Bild qəzeti 79 nəfər əhalisi olan və 45-ə qədər qaçqını yerləşdirmək istəyən bir alman kəndi haqqında məlumat yayıb.
DOĞRU.AZ