“Sahra Wagenknecht Alliance for Reson and Justice” partiyasının xarici siyasət üzrə eksperti Sevim Dağdelen bildirib ki, kansler Fridrix Merz Ukraynanın Rusiyaya raket zərbələri endirmə məsafəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı ilə Almaniya əhalisinin təhlükəsizliyini təhdid edir.
Bu barədə ekspert X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Merz Almaniyada əhalinin təhlükəsizliyinə təhdiddir”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz Ukraynaya uzaqmənzilli silahların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatlarından sonra müttəfiqləri tərəfindən tənqid edilib.
DOĞRU.AZ