image-n1karobka_ads
image-123
image-682b3b15ae5ac9332e7ac69fbackend

Almaniya Nazirlər Kabineti “Şimal axını”na qarşı sanksiyaları qismən dəstəkləyir

Almaniya hökuməti “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinə qarşı hazırlanan bəzi sanksiyaları qismən dəstəkləyib. Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib.

“Federal hökumət “Şimal axını”na aid olan elementləri dəstəkləyir”. Avropa Komissiyasının sədrinin qeyd etdiyi qalan elementlər də nəzərdən keçirilir”, – RİA Novosti onun sözlərini sitat gətirir.

Korneliusun qeyd etdiyi kimi, bütün məqamlar avropalı tərəfdaşlarla razılaşdırılıb. O əlavə edib ki, Birləşmiş Ştatlar da mümkün sanksiyalar paketində iştirak edəcək.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin  “Şimal axını”na qarşı müddəaları özündə əks etdirən yeni anti-Rusiya sanksiyaları hazırladığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki