Avropa Parlamentinin (AP) Almaniyadan olan üzvü Qunnar Bek viza qalmaqalı ilə bağlı Polşanı Avropa İttifaqından çıxarmaq təklifi ilə Avropa Komissiyasına (AK) müraciət edib.
Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsinə əsasən, “hər hansı bir üzv dövlət tərəfindən Aİ-nin dəyərlərinin ciddi şəkildə pozulması riski” olduğu halda ölkə ittifaqdan çıxarıla bilər.
Bek Avropa Komissiyasından Polşanın rəsmi orqanları tərəfindən vizaların “fırıldaqçı” verilməsinin hibrid hücuma bərabər tutula biləcəyini və AK-nin respublikaya qarşı icraata başlamaq niyyətində olub-olmadığını soruşdu.
“Əgər belə deyilsə, niyə Aİ-yə daxil olmayan hibrid hücumlar ilə üzv dövlətlərin hibrid hücumları arasında fərq qoyulur?” – Bek məktubda yazdı.
Mənbə: Haber Global