image-n1karobka_ads
image-123
image-689d712302e8bd69c011babcbackend

Almaniya Ukraynanın uzaqmənzilli raket proqramını maliyyələşdirib

image-ad_qayo_720x110px

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Almaniya tərəfinin Kiyev rejiminin “Sapsan” adlı uzaqmənzilli ballistik raketlərin istehsalı proqramının maliyyələşdirilməsində iştirakını təsdiqləyən məlumatlara malik olduğunu açıqlayıb.

Doğru.az xəbər verir ki, FSB-nin materiallarında “Almaniyanın Ukraynanın uzaqmənzilli ballistik raketlərin istehsalı proqramının maliyyələşdirilməsində iştirakı təsdiqləndi” ifadəsi yer alıb.

Xüsusi xidmət həmçinin bildirib ki, istehsalda iştirak edən Ukrayna hərbi-sənaye kompleksi obyektləri, müdafiə sistemlərinin yerləşdiyi məntəqələr (hava hücumundan müdafiə, raketdən müdafiə, elektron müharibə vasitələri, o cümlədən ABŞ və NATO istehsalı olanlar) və dövlət müdafiə sifarişlərində saxtakarlıq edən rəhbərlik barədə kompromat xarakterli məlumatlar mövcuddur.

Bundan əvvəl FSB, Rusiya ordusu ilə birgə həyata keçirilən əməliyyat nəticəsində Ukraynanın “Sapsan” ballistik operativ-taktiki raket komplekslərinin istehsalı planlarının pozulduğunu bildirmişdi. Xüsusi xidmət həmçinin Dnepropetrovsk və Sumı vilayətlərində raket proqramında iştirak edən müdafiə müəssisələrinə endirilən zərbələrlə bağlı açıqlama verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki