image-n1karobka_ads
image-123
image-68c3fb3e02e8bd52d929bbdfbackend

Almaniya Ursula fon der Leyeni tənqid etdi

image-ad_qayo_720x110px

Almaniya Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Aİ-nin İsraillə bağlı siyasətini sərtləşdirmək təşəbbüsünü kəskin tənqid edib.

Doğru.az xəbər verir ki, Xristian Sosial Birliyinin (CSU) lideri Aleksander Hoffmann Bundestaqda çıxışı zamanı bildirib ki, Almaniya İsraillə əlaqələri kəsmək niyyətində deyil və Avropa Komissiyasının mövqeyinə yenidən baxılacağına ümid edir.

“Ümid edirəm ki, Avropa Komissiyasının sədri öz mövqeyinə yenidən baxacaq və bəyanatlarını geri götürəcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, Ursula fon der Leyen daha əvvəl Aİ-nin İsrailə maliyyə dəstəyini dayandırmaq və bütün ödənişləri dondurmaq istədiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki