Almaniya hökuməti ölkədə 5 il yaşadıqdan sonra vətəndaşlıq almağa imkan verən miqrasiya haqqında yeni qanun layihəsini təsdiqləyib.
Bu barədə Almaniya Federal Hökumətinin saytında məlumat verilib.
Mövcud standartlara görə, siz yalnız bu ölkənin ərazisində səkkiz il fasiləsiz yaşadıqdan sonra naturalizasiya üçün müraciət edə bilərsiniz. Qeyd olunur ki, bir sıra şərtlər nəzərə alınmaqla belə bir ərizə Almaniyada üç il yaşadıqdan sonra verilə bilər.
Qanun layihəsi vətəndaşlıq əldə etmək üçün şərtləri asanlaşdırmaqla yanaşı, vətəndaşlara Almaniya pasportu aldıqdan sonra keçmiş vətəndaşlıqlarını saxlamağa icazə verilməsini təklif edir. Belə bir tədbirin Almaniya vətəndaşlarının xaricdə işləməsini asanlaşdıracağı və miqrantların öz ölkələri ilə əlaqə saxlamasına şərait yaradacağı izah edilir.
Mənbə: Gazeta.ru