Almaniyanın xarici işlər naziri Annalena Barbok gözlənilməz səfərlə Kiyevə gəlib.
Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Bu, Almaniya xarici işlər nazirinin son il yarım ərzində Ukraynaya dördüncü səfəridir. Diplomat Polşadan gecə qatarı ilə Ukrayna paytaxtına çatıb. Onu stansiyada Almaniya səfiri Martin Yager qarşılayıb.
Kiyevə gəldikdən sonra nazir Almaniyanın Ukraynaya “iqtisadi, humanitar və hərbi baxımdan” daha çox dəstək vermək niyyətini açıqlayıb. Berbok həmçinin Ukrayna hakimiyyətinə respublikada korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatların vacibliyini xatırladıb.
Avqustun ortalarında Almaniya Maliyyə Nazirliyinin rəhbəri Kristian Lindner Ukraynaya səfər edib.
Mənbə: TASS