Almaniyanın xarici işlər naziri Johann Wadephul ölkədə məcburi hərbi xidmətin təcili şəkildə bərpa edilməsinin tərəfdarı olduğunu bildirib.
Doğru.az xəbər verir ki, Funke media qrupuna müsahibəsində nazir “Mən hərbi xidmətin dərhal tətbiqinin tərəfdarıyam” deyə vurğulayıb.
Wadephul qeyd edib ki, məsələ hazırda müzakirə olunur və fraksiyalar qanunun necə olacağına dair qərar verməlidir.
Xatırladaq ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius da məcburi hərbi xidmətin mümkün tətbiqi barədə açıqlama vermişdi.
DOĞRU.AZ