image-ads_n1karobka_mobile
image-depositphotos_10708457_l-pic_32ratio_900x600-900x600-53898backend

Almaniyada pişik sahiblərini eyvana kilidləyib

Almaniyanın Bielefeld şəhərində balkona siqaret çəkməyə çıxan kişi pişik qapını kilidlədiyi üçün evə qayıda bilməyib.

Nəşrin məlumatına görə, 2023-cü il iyunun 5-də saat 23:30 radələrində Bielefeld sakini polisə müraciət edib. O, pişiyin onu balkonda bağladığını bildirib.

Kişinin dediyinə görə, siqaret çəkmək üçün balkona çıxıb. Bu zaman onun pişiyi Muki qapının dəstəyinə tullanaraq qapının bağlanmasına səbəb olub. Kişi artıq mənzilə girə bilməyib.

Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Onlar eyvanın yanında yerləşən pəncərəni sındıraraq mənzilə daxil olub və sahibini azad ediblər.

Mənbə: Haberler.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki