image-n1karobka_ads
image-123
image-6873caa402e8bd2c1a1a7cd0backend

Almaniyanın hakim koalisiyası daxili münaqişədən zərər görüb

image-ad_qayo_720x110px

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Konstitusiya Məhkəməsinə hakimlərin təyinatı ilə bağlı yaranan mübahisənin ölkənin hakim koalisiyasına mənfi təsir etdiyini bildirib.

Doğru.az xəbər verir ki, bu barədə dövlət başçısı ZDF telekanalına verdiyi müsahibədə danışıb.

Prezident qeyd edib ki, Federal Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi ilə bağlı səsvermənin təxirə salınması qara-qırmızı koalisiyanı zəiflədib: “Koalisiya öz-özünə zərər verib”, – deyə o bildirib. Ştaynmayer, həmçinin yaxın vaxtlarda yeni hakimlərin təyin olunması ilə bağlı qərarın verilməsinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alis Vaydel CDU sədri Fridrix Mersə “kağızdan hazırlanmış kansler” deyərək onu koalisiya razılaşmalarına əməl etməməkdə ittiham etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki