Amerikalı aktrisa Loni Anderson 79 yaşında dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, bu barədə “Hollywood Reporter” jurnalı publisist Şeril Kaqana istinadən məlumat yayıb.
Məlumata görə, “Radio Cincinnati” komediya serialında rol alan aktrisa uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, bundan əvvəl “Rolling Stones” musiqiçisi Leonardo Ximenez də 87 yaşında vəfat etmişdi.
DOĞRU.AZ