Qərbi Virciniyadan olan demokrat senator Co Mançin Nümayəndələr Palatasının sədri Kevin Makkartinin istefasını ABŞ üçün biabırçılıq adlandırıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası oktyabrın 3-də MakKartini tutduğu vəzifədən uzaqlaşdırıb. 216 konqresmen onun istefasının lehinə, 210-u əleyhinə səs verib.
Manchinin fikrincə, Birləşmiş Ştatlar üçün bu kədərli hadisə digər dövlətlərə Amerika demokratiyası haqqında “mənfi siqnal” göndərir.
Senator vəziyyəti biabırçılıq adlandırıb. O qeyd edib ki, Birləşmiş Ştatlar ilk dəfə olaraq opponentlərlə əməkdaşlığın “demək olar ki, siyasi günah” olduğu vəziyyətə düşüb, gələcəkdə hər iki tərəf arasında güzəştə getmədən ölkəni idarə etmək çətin olacaq.
Mənbə: CNN Türk