image-2000x150px
image-123
image-ads_atlas
image-209714737_205445354821808_8044023299735651624_nbackend

Amerikanın azərbaycanlı qadınları…

image-728x90px
Bu da dahi Mirzə Ələkbər Sabirin Amerikada yaşayan nəvəsindən layiqli töhfə! ABŞ-da yaşayan azərbaycanlılar Şəhid ailələrinə yardım üçün xeyriyyə fondu yaradıblar.
▪️“Əsgər, geriyə baxma!” – deyə bağırdıq. İndi isə onların ruhları qarşısında sözümüzü yerinə yetirməyin vaxtı gəldi”.
▪️ABŞ-da United Charities for Azerbaijan (UCA) fondu fəaliyyətə başladığını elan edib. Fond Birləşmiş Ştatlarda, Vaşinqton ərazisində yaşayan bir qrup peşəkar azərbaycanlının təşəbbüsü ilə təsis olunub. Adı “Azərbaycan üçün xeyriyyə birliyi” kimi tərcümə olunan qurum İkinci Qarabağ müharibəsində şəhid olmuş əsgərlərin ailələrinə, qazilərə və ailələrinə, döyüş zonası və ətrafında həlak olmuş dinc sakinlərin ailələrinə humanitar yardım məqsədilə yaradılıb.
▪️Təşkilat nə Amerika Birləşmiş Ştatlarında, nə də Azərbaycanda heç bir siyası fəaliyyətlə məşgul olmur. Fond Azərbaycan icmasının vahid humanitar məqsədlər atrafında birliyinə nail olmaq məqsədi daşıyır.
Azərbaycan icmasının hər bir üzvü, eləcə də istənilən ABŞ vətəndaşı siyasi əqidəsindən, dini etiqadından, milliyətindən, irqindən və cinsindən asili olmayaraq UCA-nın üzvü ola bilər, rəhbər orqanlarına seçilə bilər. Fondun maliyyələşməsi ancaq vətəndaşların və müxtəlif təşkilatların ianəsi hesabına həyata keçirilir. Siyasi məqsədli ianələr qəbul edilmir. UCA Birləşmiş Ştatların müxtəlif məkanlarında müxtəlif Azərbaycan icması nümayəndələri ilə koordinasiya məqsədilə əlaqə saxlayıb. Təşkilat fəaliyyətini ancaq konkret layihələr üzərində qurur və konkret layihələr üçün ianə toplayır.
Fondun fəaliyyəti, layihələri, proqramları, bank hesabı şəffafdır və istənilən ictimai nəzarətə açıqdır.
Fondun hər illik fəaliyyəti 3-cü tərəf audit şirkəti tərəfindən yoxlanılaraq ictimaiyyətə açıqlanacaq.
Fondun fəaliyyəti, layıhələri və rəhbər orqanları ilə bağlı məlumatı saytından və “Facebook” səhifəsindən əldə etmək olar.
Fondun prezidenti vəzifəsinə Mirzə Ələkbər Sabirin nəvəsi, sahibkar Gündüz Tahirli seçilib. İdarə Heyətinə iqtisadçı Fərid Talışlı, Corc Vaşinqton Universitetinin siyasət və idarəetmə sahəsində doktorantı Sevinc Məmmədova, “Amerikanın azərbaycanlı qadınları” qeyri-kommersiya təşkilatının prezidenti Lalə Rəhimova, ABŞ-ın immiqrasiya hüququ sahəsində hüquqşünas Aynur Cəfər və sahibkar Mahir İsgəndər daxil olublar. Fondun hüquqi məsləhətçisi isə İsmayıl Şahtaxtinskidir.
Müəllif: Hafiz
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki