Təxminən 2,1 metr hündürlüyündə dünyanın ən uzun atı kimi tanınan 20 yaşındakı “Big Jake” ABŞ-da öldü.
ABŞ-ın Viskonsin ştatındakı Smokey Hollou Ranç-a baxan atın uzunluğu təxminən 2,1 metr, çəkisi 1 ton 136 kiloqram idi. 20 yaşında Big Jake, dünyanın ən uzun atı olaraq 2010-cu ildə Ginnesin Rekordlar Kitabına girdi.
Big Jake-in qulluq edildiyi cütlükdən Jerry Gilbert, atın ölümünü “ailəmiz üçün travmatik bir hadisə” olaraq xarakterizə etdi. Gilbert, sözügedən atın fermada olduqca dinc yaşadığını söylədi.
DOĞRU.AZ