image-n1karobka_ads
image-123
image-anaya-gozel-sozlerbackend

Analar – Yer üzünün qanadsız mələkləri

image-ad_qayo_720x110px

Ana sevgisi dünyadakı ən müqəddəs, ən fədakar və saf sevgidir.

Ana hər zaman övladı üçün ən gözəl arzuları diləyir, onun xoşbəxtliyi üçün gəncliyini, həyatını, karyerasını belə qurban verməyə hazır olur.

Əsl Azərbaycan qadınında anaya xas olan bütün dəyərlər – qayğıkeşlik, mərhəmət, fədakarlıq və səadət mövcuddur. Ana öz canını düşünmədən övladına həsr edir, onun rahatlığı və xoşbəxtliyi üçün hər şeyi edir. Əbəs yerə deyilməyib: “Cənnət anaların ayaqları altındadır.”

Ana sevgisi məhəbbət, qayğı və məlhəm kimidir. O, paxıllıq etmədən, məna güdmədən balasına xoş arzular diləyir və onun uğuru üçün çalışır. Ona görə də analarımızı sevək, onlara layiq olduğu hörmət və diqqəti göstərək, xoş günlər bəxş edək. Onlar bizi dünyaya gətirib nəfəs verib, biz də onlara həyatın ən gözəl anlarını yaşadaq.

Humay Cəfərova

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki