image-n1karobka_ads
image-123
image-1744626905522326848_1200x630backend

ANAMA: Ötən həftə 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 7-dən 13-dək aparılan minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan Doğru.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 86, tank əleyhinə 12 mina və 224 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki