image-n1karobka_ads
image-123
image-qeza-1backend

Anapa yaxınlığında 19 sərnişini olan mikroavtobus aşıb

Anapa yaxınlığında sərnişin mikroavtobusu aşıb, ölənlərin sayı dəqiqləşdirilir.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Moskva vaxtı ilə saat 04:00 radələrində Tarusino ferması yaxınlığında baş verib.

“Novorossiysk-Kerç avtomobil yolunda içərisində 19 sərnişin olan “Volkswagen Transporter” markalı mikroavtobus aşıb”, – idarədən bildiriblər.

İlkin məlumata görə, 56 yaşlı sürücü sükan arxasında yuxulayıb.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki