image-n1karobka_ads
image-123
image-1055_11744883836backend

Antibiotiklər: Faydası və Təhlükələri

Antibiotiklər müasir tibbin ən böyük kəşflərindən biri hesab olunur. Onların kəşfi milyonlarla insanın həyatını xilas etmiş, bir vaxtlar ölümcül sayılan infeksiyaların müalicəsini mümkün etmişdir. Lakin bu dərmanlardan düzgün istifadə olunmadıqda, antibiotiklər faydadan çox zərər verə bilər. Bu səbəbdən, antibiotiklər haqqında düzgün və dolğun məlumat hər kəs üçün olduqca vacibdir.

Antibiotiklər bakteriyaları ya məhv edir, ya da onların çoxalmasının qarşısını alır. Qeyd etmək vacibdir ki, bu dərmanlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. Virusların səbəb olduğu xəstəliklər — məsələn, soyuqdəymə, qrip və ya COVID-19 kimi hallarda — antibiotiklərin heç bir faydası yoxdur. Yəni, onlar yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur.

Bəs antibiotiklər ölümə səbəb ola bilərmi?

Mövzu ilə bağlı BiG.AZ-a danışan həkim-infeksionist Aqil Kəmədli bildirib ki, antibiotiklərin bir sıra yan təsirləri mövcuddur. Onun sözlərinə görə, ən çox rast gəlinən fəsadlar bunlardır: ürəkbulanma, qusma, iştahsızlıq, həzm pozuntuları, bədəndə allergik səpkilər, baş ağrısı və başgicəllənmə.

“Çox nadir hallarda antibiotiklərin təsiri nəticəsində xəstə allergik şoka düşə bilər. Əgər bu vəziyyətə vaxtında müdaxilə olunmazsa, nəticədə ölüm riski yarana bilər”, – deyə həkim bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki